Ana Səhifə » Test, Testlər » DÖVLƏT QULLUQÇULARININ ETIK DAVRANIŞ QAYDALARI

DÖVLƏT QULLUQÇULARININ ETIK DAVRANIŞ QAYDALARI

Font Size » A | A


TEST SUALLARI

 

1. Qaydalar hansı məsələləri müəyyən edir?

a) dövlət qulluğunun prinsiplərini;

b) dövlət qulluqçularının maddi-sosial təminat məsələlərini;

ç) dövlət qulluqçuları üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri. + (Qaydalar “Giriş”)

 

2. Bu Qaydalar hansı kateqoriya şəxslərə şamil olunur?

a) ədliyyə işçilərinə?

b) hakimlərə;

c) dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə. + (Qaydalar maddə 1.1)

 

3. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı:

a) siyasi partiyaya mənsubluğundan irəli gələn öhdəliklərə uyğun olaraq hərəkət etməlidir;

b) partiya tərəfdaşları ilə məsləhətləşməlidir;

c) siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. + (Qaydalar maddə 18.2)

 

4. Dövlət qulluqçusu:

a) maraqlı şəxslərin onun xidməti vəzifələrinin icrasına təsiri üçün şərait yaratmalıdır;

b) xidməti vəzifələrini öz mənafeyinə uyğun yerinə yetirməlidir;

c) tabeliyində olduğu rəhbər işçinin marağı bunu tələb etdikdə, həmin marağı əsas götürərək xidməti vəzifəsini yerinə yetirməlidir;

ç) şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. + (Qaydalar maddə 4.1)

 

5. Hansı hərəkətlərin edilməsi dövlət qulluqçusu üçün qadağandır?

a) maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək; + (Qaydalar 12.1.)

b) ixtisasını, işçilərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırmaq;

c) etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmaq;

ç) ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

 

6. Dövlət qulluqçusu hansı hərəkətləri etməkdən çəkinməlidir:

a) dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; + (Qaydalar maddə 6.1)

b) peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməkdən;

c) açıq çıxışlarla bağlı qaydalara əməl etməkdən.

 

7. İlk dəfə dövlət orqanlarında işə qəbul olunmuş dövlət qulluqçusu  nə vaxt and içir:

a) işə başladıqdan sonra;

b) əmr verildikdən 6 ay sonra;

c) stajorluq müddəti başa çatdıqdan sonra;

ç) işə başlamamışdan əvvəl. + (Qaydalar 15.2) 

 

8. İlk dəfə dövlət orqanlarına qəbul edilən şəxslər üçün stajorluq müddəti nə qədər müəyyən olunur?

a) 6 ay;

b) 9 ay;

c) 1 il; + (Qaydalar 28.6) 

ç) 1 il 6 ay.

 

9. Dövlət qulluqçusu hansı fəaliyyətlə məşğul ola bilər?

a) siyasi fəaliyyətlə;

b) sahibkarlıq fəaliyyəti ilə;

c) kommersiya fəaliyyəti ilə;

ç) elmi və pedaqoji fəaliyyətlə. + (Qaydalar 19.0.5) 

 

10. Dövlət qulluqçusu N şəhər bələdiyyəsinə üzv seçilir. Bu halda:

a) dövlət orqanlarında qulluq keçməyə xitam verilir; + (Qaydalar 33.1.8)

b) hər iki orqanda fəaliyyəti davam etdirilir;

c) ədliyyə orqanlarında qulluq keçmə üzrə fəaliyyəti dayandırılır.

 

11. Dövlət qulluqçusu aşağıda göstərilən hərəkətlərdən hansını edə bilməz?

a) əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

b) öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;

c) müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

ç) həmkarlar ittifaqlarında birləşmək;

d) işlədiyi ədliyyə orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə. + (Qaydalara 19).

 

12. Dövlət qulluqçusu aşağıda göstərilən hərəkətlərdən hansını edə bilər?

a) işlədiyi ədliyyə orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək; + (“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 9.0.10-cu maddəsi);

b) dini təbliğ etmək üçün ədliyyə işçisinin statusundan istifadə etməyə və ədliyyə orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter vermək;

c) qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaq;

ç) tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək.

 

13. Dövlət orqanlarında qulluğa qəbulun yaş həddi nə qədərdir?

a) 22 yaş;

b) 16 yaş; + (“Dövlət qulluğu” qanunun 27.1-ci maddəsi);

c) 25 yaş;

ç) 20 yaş.

 

14. Ədliyyə orqanlarında qulluğa qəbul zamanı hansı halda stajorluq və sınaq müddəti təyin olunur?

a) rəhbər vəzifəyə təyin olunduqda;

b) elmlər namizədi və ya elmlər doktoru elmi dərəcəsi olduqda;

c) hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirdikdə;

ç) ilk dəfə dövlət orqanlarına işə qəbul edildikdə. +  (“Dövlət qulluğu” qanunun 27.1-ci maddəsi);

 

15. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun barəsində sınaq müddəti nə qədər təyin edilir?

a) 2 ay;

b) 3 ay;

c) 6 ay; + (“Dövlət qulluğu” qanunun 28.6-cı maddəsi);

ç) 5 ay.

 

16. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə:

a) əcnəbilər digər tərəf ola bilməz;

b)  vətəndaşlığı olmayan şəxs digər tərəf ola bilməz;

c) dövlət qulluqçusu digər tərəf ola bilməz. (“Dövlət qulluğu” qanunun 13.2-cı maddəsi).

 

17. Dövlət qulluqçusu bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən neçə manat məbləğində hədiyyəni qəbul edə bilər?

a) 20 manatadək;

b) 25 manatadək;

c) 30 manatadək;

ç) 55 manatadək. (“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 8.2-ci maddəsi)

 

18. Dövlət qulluqçusuna qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda o, nə etməlidir?

a) bu bunları qəbul etməlidir;

b) müəyyən qismini qəbul etməlidir;

c) üçüncü şəxslərə hədiyyə verməlidir;

ç) bunlardan imtina etməlidir. + (“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 8.5-ci maddəsi)

 

19. Dövlət qulluqçusu tərəfindən qanunsuz əldə edilmiş əmlak, imtiyazların və ya güzəştlərin dəyəri hara ödənilir?

a) nazirliyin balansına keçirilir;

b) xeyriyyəçilik məqsədlərinə sərf edilir;

c) könüllü olaraq dövlət nəfinə ödənilir. (“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 12.1-ci  maddəsi)

 

20. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə hansı hallarda öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə bilərmi?

a) dövlət orqanlarında 10 ildən çox qulluq etdikdə;

b) dövlət orqanlarında 20 ildən çox qulluq etdikdə;

c) xüsusi rütbə aldıqda;

ç) öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edə bilməz. + (“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 3.4-cü  maddəsi)

 

21. Dövlət qulluqçusu dövlət orqanlarından xaric edildikdən sonra hara işə qəbul edilə bilməz?

a) özəl müəssisələrə;

b) təhsil müəssisələrinə;

c) yerli öüzünüidarəetmə orqanlarına;

ç) müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə. + (“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 3.4-cü  maddəsi)

 

22. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar edilən təkliflər maraqların toqquşmasına səbəb ola bilərsə, o, nə etməlidir?

a) ədliyyə orqanlarında qulluğuna xitam verilməsi barədə ərizə verməlidir;

b) təklifi qəbul etməlidir;

c) təklifi qəbul etməməlidir;

ç) bu barədə dövlət orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir. + (“Qaydalar 15.3)

 

23. Dövlət qulluqçusunun xidməti davranışı nəyə əsaslanmalıdır?

a) şəxsi mülahizələrinə;

b) tabeliyində olduğu bölmənin rəhbərinin mülahizələrinə;

c) etik davranış normalarına və prinsiplərinə. + (Qaydalar 3.1-ci  maddəsi)

 

24. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin göstərişlərini hansı halda yerinə yetirməkdən imtina edə bilər?

a) maraqlarına uyğun olmadıqda;

b) buna vaxtı olmadıqda;

c) yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, ədliyyə işçisi onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam etdikdə. + (Qaydalar 10.2-ci maddə)

 

25. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuni göstərişlərini yerinə yetirməkdən imtina etdikdə bu hansı məsuliyyətə səbəb olur?

a) mülki məsuliyyətə;

b) inzibati məsuliyyətə;

c) cinayət məsuliyyətinə;

ç) intizam məsuliyyətinə. + (Qaydalar 10.3)

 

26. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi hansı məsuliyyət növünə səbəb olur?

a) mülki məsuliyyətə;

b) inzibati məsuliyyətə;

c) cinayət məsuliyyətinə;

ç) intizam məsuliyyətinə. + (Qaydalar 25.1)

 

27. Dövlət qulluqçusu barəsində hansı intizam tənbehi tətbiq oluna bilməz?

a) töhmət;

b) 1 il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

c) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;

ç) intizam həbsi. + (Qaydalar 25.2)

 

 

28. Dövlət qulluqçularına intizam tənbehi nə vaxt verilə bilər? intizam tənbehinin verilməsi üçün əsaslar aşkar edildiyi gündən:

a) 1 ay keçənədək; + (Qaydalar 25.5)

b) 2 ay keçənədək;

c) 3 ay keçənədək;

ç) 4 ay keçənədək.

 

29. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən hansı müddətdə şikayət vermək olar?

a) onun imzalandığı gündən 7 iş günü müddətində; + (Dövlət qulluğu 25.8)

b) onun imzalandığı gündən 10 iş günü müddətində;

c) onun imzalandığı gündən 14 iş günü müddətində;

ç) onun imzalandığı gündən 20 iş günü müddətində.

 

30. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün hansı məsuliyyəti daşıyır?

a) maddi məsuliyyət; + (Dövlət qulluğu 25.8)

b) cinayət məsuliyyəti;

c) inzibati məsuliyyət;

ç) intizam məsuliyyəti.

 

31. Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları hansı müddətdə müsahibəyə və müsabiqəyə buraxılmırlar?

a) 1 il ərizndə; + (Dövlət qulluğu 29.5)

b) 2 il ərzində;

c) 1 il 6 ay ərzində;

ç) 6 ay ərzində.

 

32. Qanuni göstərişlərin yerinə yetirilməməsi hansı məsuliyyətə səbəb olur?

a) intizam məsuliyyətinə;

b) cinayət məsuliyyəti; + (Dövlət qulluğu 10.3)

c) inzibati məsuliyyət;

ç) intizam məsuliyyəti.

 

33. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı:

a) siyasi partiyaya mənsubluğundan irəli gələn öhdəliklərə uyğun olaraq hərəkət etməlidir;

b) partiya tərəfdaşları ilə məsləhətləşməlidir;

c) siyasi bitərəfliyə əməl etməyə borcludur. + (Maddə 11.2)

 

34. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda o,:

a) bunlardan imtina etməlidir; + (Qaydalar 13.1)

b) bunları qəbul etməlidir;

c) bunları arxivə verməlidir.

 

35. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o:

a) bu barədə birbaşa rəhbərinə məlumat verməlidir; + (Qaydalar 13.1)

b) onları qəbul etməlidir;

c) onları auksiona çıxarmalıdır.

 

36. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatlar barədə münasibəti necə olmalıdır?

a) həmin məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz; (Qaydalar 17.3)

b) həmin məlumatlardan üçüncü şəxslərin maraqları üçün istifadə edə bilər;

c) həmin məlumatlardan öz şəxsi maraqları üçün istifadə edə bilər.

 

37. Etik davranış qaydalarının pozulmasına görə dövlət qulluqçusu hansı məsuliyyətə cəlb oluna bilər?

a) intizam məsuliyyətinə; (Qaydalar 23.1)

b) cinayət məsuliyyətinə;

c) inzibati məsuliyyətə;

ç) maddi məsuliyyətə.

 

38. Hansı halda dövlət qulluqçusu dövlət qulluğuna qəbul edilə bilməz?

a) 18 yaşı tamam olmadıqda;

b) dövlət qulluğunda iş stajı olmadıqda;

c) qohumlarından biri xaricdə yaşadıqda;

ç) məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə. + (Dövlət qulluğu 27.3)

 

39. Dövlət qulluğuna qəbul üçün müsabiqədə iştirak etmək istəyənlər sənədlərini hansı müddətdə çatdırmalıdırlar?

a) müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində; (Dövlət qulluğu 28.3)

b) müsabiqə elan edilən gündən etibarən 35 gün ərzində;

c) müsabiqə elan edilən gündən etibarən 20 gün ərzində;

ç) müsabiqə elan edilən gündən etibarən 21 gün ərzində;

 

40. Müsahibəyə kimlər buraxılırlar?

a) test imtahanından müvəffəqiyyətlə çıxanlar; (Dövlət qulluğu 28.5)

b) xaricdə təhsil alanlar;

c) müddətli həqiqi hərbi xidməti başa vuranlar.

 

41. Dövlət qulluğunda iş vaxtı bir qayda olaraq, həftədə nə qədərdir?

a) 40 saatdır; (Dövlət qulluğu 30.1.)

b) 35 saatdır;

c) 41 saatdır;

ç) 50 saatdır.

 

42. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən neçə saat artıra bilər?

a) 5 saat; (Dövlət qulluğu 30.2.)

b) 7 saat;

c) 10 saat;

ç) 15 saat.

 

43. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri nə etməlidir?

a) bu barədə cinayət təqibi orqanına məlumat verməlidir; + (Dövlət qulluğu 23.3)

b) xidməti araşdırma aparmalıdır;

c) bu barədə birbaşa rəhbərinə məlumat verməlidir.

 

sako says:

cvb lari hardadi bes?

Omar says:

Chox saq olun eladi

Eldar says:

Sınaq üçün yaxşı testdir. Təşəkkür edirəm!

© 2012 Femida.az · RSS · Designed by NAT LLC