Bakıda ağır qəza - Sürücünün meyitini xilasedicilər çıxardılar


13:22     25 Yanvar 2019 big_1405422456_qeza.jpg

Bakı şəhərinin Qaradağ rayonunda "VAZ" və "Toyota" markalı iki minik avtomobili toqquşub.

FHN-dənFemida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 380