Sosial mənzillər cəmi 10 saniyəyə satılıb - VİDEO


14:49     25 Yanvar 2019 19_01_25_1548413475.jpg


Bu gün saat 11-də Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial mənzillərin satışı baş tutub.

Femida.az xəbər verir ki, Agentlikdən hələ rəsmi açıqlama olmasa da, mənzilə iddia edənlər bildirir ki, satışa çıxarılan 174 mənzil bir neçə saniyəyə satılıb. FED.az MİDA-nın internet səhifəsində yazılan rəylərə istinaən bildirir ki, bu qısa müddətdə mənzil alanlar da olub və onlar bununla bağlı mədumatı bölüşüblər. Əksəriyyət isə sistemin yaxcşı işləməməsindən və mənzil almağı atdıra bilməmələrindən narazılıq edib.

Ümumilikdə isə istifadəçilərin əksəriyyəti bildirir ki, artıq 10-cu saniyədə evlərin alınması prosesi bitib. İstifadəçilərdən biri hətta bununla bağlı video da paylaşıb. Videodan da görünür ki, artıq 10-cu saniyədə bütün mənzillər seçilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzil, ümumilikdə 174 mənzil bu gün saat 11.00-da satışa çıxarılıb.



Femida.az

Açar sözlər: #MİDA   #mənzil  

Oxunub: 1600