Maşınla vurulan piyada bir həftə sonra öldü


14:59     25 Yanvar 2019 xestexana_01254.jpg

Yanvarın 17-də saat 22 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini R.Piriyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Müşfiqlini vurub.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstaxanaya yerləşdirilmiş piyada yanvarın 24-də orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 318