ABŞ-da atışma: 3 ölü, 2 yaralı


18:10     25 Yanvar 2019 19_01_25_1548421829.jpg

ABŞ-ın Pensilvaniya ştatında silahlı insident baş verib.
Femida.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Qeyd olunub ki, 21 yaşlı şəxs barların birində keçmiş sevgilisini qətlə yetirib və sonra bardakı başqa iki nəfəri ağır yaralayıb.

Bardan çıxan şəxs avtomobili ilə sürətlə hadisə yerindən uzaqlaşıb. Lakin sürət həddini nizamlaya bilmədiyindən avtomobili binaya çırpıb. Maşından düşən gənc evə daxil olaraq, orada olan bir nəfəri qətlə yetirib ardından isə intihar edib.

Açar sözlər:

Oxunub: 382