Arif Rəhimzadə narazılıq etdi, cavabı gecikmədi


18:34     25 Yanvar 2019 2019/01/43409-1548418826_1548422775.jpg

“Büdcə müzakirələri zamanı bələdiyyələrlə bağlı bəzi problemlər qaldırıldı. Bəzi bələdiyyələrin hesabları dondurulub, bu məsələdə onlara Ədliyyə Nazirliyi də köməklik göstərməlidir. Sizin bu barədə heç məlumatınız yoxdur, necə kömək edəcəksiniz? Çünki siz maraqlanmırsınız”

Femida.az AzVision-a istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrə kömək etmək lazımdır: “Axı, onların başqa təşkilatı yoxdur. Bəs onlara kim kömək etməlidir?”.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, təkliflər qanunvericiliyə salınmalıdır: “O zaman icra edərik. Siz onu qanunvericiliyə daxil etməsəniz, biz onu necə icra edə bilərik?”.

Femida.az

Açar sözlər:

Oxunub: 553