Kürdəmirdə yol tikintisinə 8,8 milyon ayrılıb


18:21     25 Yanvar 2019 prezident2.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az- ın məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 297