İlham Əliyev Avstraliya General-Qubernatorunu təbrik edib


18:55     25 Yanvar 2019 prezident1_1500905288.jpg

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab General-Qubernator, Avstraliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın dərinləşməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 293