Mingəçevirdə faciə: kişi evində özünü öldürdü


21:02     25 Yanvar 2019 intihar65.jpg

Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib.

Femida.az report-a istinadən bildirir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib.

Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.

Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 331