Maştağada avtobusun vurduğu piyada xəstəxanada öldü


11:45     26 Yanvar 2019 19_01_26_1548488738.jpg


Yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 411