Biləsuvarda oğurladığı qoyunları İmişlidə satdı


16:50     26 Yanvar 2019 19_01_26_1548492695.jpg

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə təsərrüfatlardan qoyun oğurlayan şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini C.Məmmədov DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək 17 yanvar 2019-cu il tarixində ona məxsus fermadan ümumi dəyəri 1100 manat olan 8 baş qoyunun oğurlanması ilə bağlı məlumat verib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxsin Biləsuvar rayon sakini Asəf Əliyev olduğu müəyyən edilib və o saxlanılıb. Aparılan araşdırmalarla onun digər bir oğurluq əməlinin də üstü açılıb. Belə ki, A.Əliyevin cari ilin 14 yanvar tarixində rayon sakini V. Qılıncova məxsus həyətdən ümumi dəyəri 450 manat olan 3 baş qoyunu oğurladığı da müəyyən edilib. Saxlanılan şəxs hər iki faktı törətdiyini etiraf edib və oğurladığı qoyunları İmişli rayonu ərazisində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Biləsuvar  

Oxunub: 354