Birinci vitse-prezidentin göstərişi icraata götürüldü


13:45     26 Yanvar 2019 mehriban9.jpg


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.


Bu barədə Femida.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

Femida.az

Açar sözlər: #Azərenerji   #Mehriban_Əliyeva  

Oxunub: 795