Obama İrana qarşı durmağa söz verdi


04:22     16 May 2015 obama%20soz%20verdi.JPG

“ABŞ xarici təcavüzə qarşı ərəb müttəfiqlərini müdafiə etməyə hazırdır”.


Femida.az xəbər verir ki, bunu Prezidenti Barak Obama Ağ evdə Fars Əməkdaşlıq Şurasının altı ərəb dövlətinin təmsilçiləri ilə görüşündə deyib. Fars körfəzi Ərəb ölkələrinin Əməkdaşlıq Şurasının liderləri ilə görüşən Obama ABŞ-ın verdiyi sözlərə əməl etdiyini bildirib:

“Əgər ərəb müttəfiqlərimizdən hər hansı birinin ərazi bütövlüyünə qarşı təhlükə olarsa, onları müdafiə etməyə hazırıq. Bunu bilin ki, ABŞ verdiyi sözlərə əməl edir”.

B.Obama onu da deyib ki, Suriya, Yəmən və başqa yerlərdə İranın artan nüfuzu və müharibələrdə iştirakına dair Körfəz ölkələrinin narahatlığını dağıtmaq üçün güclü terminologiyadan istifadə edib. Körfəz tərəfdaşlarımızın təhlükəsizliyinə dəmir sədaqətimizi bir daha təsdiqləyirəm. Birləşmiş Ştatlar öhdəliklərinə sadiqdir.

O, Körfəz liderlərini bir daha əmin edib ki, İranın dünya gücləri ilə əldə edəcəyi istənilən nüvə sazişi regiona təhlükə yaratmayacaq, əksinə, fayda verəcək.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 598