"Qarabağ" "Şaxtyor"a uduzdu


13:55     26 Yanvar 2019 19_01_26_1548496382.jpg


"Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Femida.az xəbər verir ki, Ağdam təmsilçisi "Şaxtyor"la (Donetsk) üz-üzə gəlib. Ukrayna çempionu ilə qarşılaşma Bakı vaxtı ilə 12:00-da start götürüb.

Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın yeganə qoluna 64-cü dəqiqədə Zubir imza atıb. Almeyda 80-ci dəqiqədə fərqi azaltmaq üçün yaranan imkandan istifadə edə bilməyib və penaltini qaçırıb.

Femida.az

Açar sözlər: #Qarabağ   #futbol  

Oxunub: 368