Qaxda da silsilə oğurluq edən şəxslər tutulub
19:50 26 Yanvar 2019
Qax rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən şəxslər saxlanılıb. Qax rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş kəndindəki evindən 490 manatlıq dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin rayonun Qaxingiloy kənd sakinləri - Eristo Lomaşvili və Zviadi Zurabaşvili olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalarla onların digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, Eristo Lomaşvili və Zviadi Zurabaşvili qabaqcadan əlbir olaraq ötən ilin sentyabr ayında rayon sakini H.Məmmədova məxsus evdən 1000 manat dəyərində televizor və digər məişət əşyaları, A.Tağıyevə məxsus mağazadan pul və tütün məmulatları, həmçinin Zviadi Zurabaşvili qanunsuz olaraq təkbaşına daxil olduğu Qaxingiloy kəndindəki evlərin birindən pul, mobil telefon, fotoaparat və digər əşyalar da oğurlayıb. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var