FHN-də ixtisarlar aparılır? - Nazirlik məlumat yaydı

FHN-də ixtisarlar aparılır? - Nazirlik məlumat yaydı


20:38     26 Yanvar 2019 19_01_26_1548520181.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) qurumda ixtisarların aparılması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, nazirlik KİV-ləri dəqiqləşdirilməmiş informasiyalar yaymamağa çağırıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.

Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmayıb. Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”, - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 325