Yaponiyaya işləməyə gedənlərin sayı artıb


09:13     27 Yanvar 2019 2019/01/05FBE85F-0ADF-452F-A98E-AE07FAB82B84_1548564126.jpeg

Yaponiya hökumətinin rəsmi statistik məlumatlarına əsasən, ötən il ölkədəki əcnəbi işçilərin sayı rekord həddə çatıb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi işəgötürənlərdən aldığı məlumat əsasında bu barədə statistik göstəricini yayıb.

Nazirliyin nümayəndələri bildiriblər ki, ötən il oktyabrın 31-ə olan məlumata görə Yaponiyada əcnəbi işçilərin sayı 1 milyon 460 min nəfərə çatıb. Bu, ötən ilin müvafiq göstəricisindən 180 min nəfər çoxdur. Artıq altı ildir ki, həmin göstərici dayanmadan artır.

Əcnəbi işçilərin milli tərkibinə gəldikdə bildirilir ki, birinci yeri Çindən gələn işçilər tutur. İkinci yerdə vyetnamlılar, üçüncü yerdə isə filippinlilər gəlir.

Femida.az

Açar sözlər:

Oxunub: 350