Məşhur qəzet Melaniya Trampdan üzr istədi


09:27     27 Yanvar 2019

Britaniyanın The Daily Telegraph qəzeti ABŞ-ın birinci xanımı Melaniya Trampdan onun haqqındakı məqalədə faktların təhrif olunması səbəbindən üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Femida.az xəbər verir ki, söhbət Melaniya Tramp haqqında qəzetin həftəliyində yanvarın 19-da dərc olunmuş məqalədən gedir. Məqalədə onun atası barədə faktlar təhrif olunmuş şəkildə verilib. Habelə qəzet yazıb ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampla ailə quranadək Melaniyanın karyerası uğursuz olub.

"Təəssüfümüzün əlaməti olaraq biz xanım Trampa kompensasiya, həmçinin məhkəmə xərclərini ödəməyə hazırıq", - nəşrin bəyanatında belə deyilir. Ödənişin məbləği açıqlanmır.

Femida.az

Açar sözlər:

Oxunub: 349