Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 3 ölü


10:35     27 Yanvar 2019 2019/01/69023568-228E-47AF-B297-174348D05743_1548567990.jpeg

Rusiyanın Murmansk vilayətində “Tu-22M3” tipli bombardımançı hərbi təyyarə qəzaya uğrayıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, güclü küləkli və qarlı havada təlim uçuşu həyata keçirən təyyarə eniş edərkən yerə çırpılıb.

Qəzadan sonra təyyarə yanıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralı halda sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 323