Qonşu ölkədə təhlükə: 716 nəfər qızılcaya yoluxub


14:30     27 Yanvar 2019 19_01_27_1548585074.jpg

Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstliynə 716 yoluxma halı qeydə alınıb.

Femida.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb:

"Qızılcaya yoluxanların 52 faizini 20-40 yaşarası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır".

Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.

Açar sözlər:

Oxunub: 409