Rusiya təhlükəsi: ABŞ və Kanada təyyarələri qaldırıldı


14:49     27 Yanvar 2019 19_01_27_1548586248.jpg

Rusiyanın Tu-160 straeji bombardmançı təyyarəsinin Kanada sərhədlərinə yaxınlaşması səbəbindən bu ölkənin və ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb.

Femida.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hava və Kosmik Müdafiə Komandanlığı informasiya yayıb.

Məlumata görə, rus təyyarələrinin qarşısının alınması üçün E-3 AVACS, iki ədəd F-22 və iki ədəd CF-18 təyyarəsi havaya qaldırılıb. Lakin Rusiyaya məxsus təyyarələr beynəlxalq məkanda uçmağa davam ediblər. Kanadanın hava məkanının pozulması faktı qeydə alınmayıb.

Qeyd edək ki, ötən gün Rusiya MN Tu-160-ların Arktika üzərindən beynəlxalq sularda 15 saat dayanmadan uçduğunu əks etdirən video yaymışdı.

Açar sözlər:

Oxunub: 385