İŞİD liderləri həbsxanadan qaçdı


19:51     27 Yanvar 2019 19_01_27_1548603151.jpg

“İŞİD” terror qruplaşmasının təxminən 40 lideri amerikalı əsgərlərin köməyilə Əfqanıstan həbsxanasından qaçıblar.

Bu barədə İranın “Tasnim” agentliyi şəxsi mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, “İŞİD”in döyüşçüləri iki həftə öncə ABŞ Əfqanıstanda əməliyyat keçirən zaman qaçmağı bacarıblar. Belə ki, amerikalı hərbçilər yerli həbsxanaya basqın edərək mühafizəçiləri öldürüblər. Daha sonra isə 40 məhkumu qaçıraraq helikopterlə ərazidən uzaqlaşdırıblar.

Faktı Badqis vilayətinin Regional Şurasının sədr müavini Abdulla Əfzali də təsdiqləyib. / Qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 411