Evsiz vətəndaşlara şad xəbər - Mənzil əldə etmək asanlaşdı
09:40 28 Yanvar 2019
İpoteka Fondunun balansında olan mənzilləri satmaq öhdədiliyi ilə kirayəyə verməsi vətəndaşların mənzil şəraitinin yaxşılaşmasına xidmət edir.
Femida.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bununla vətəndaşların mənzilə sahib olmaq imkanları asanlaşır.
Vüqar Bayramovun fikrincə, təsdiq edilmiş əsasnaməyə görə İpoteka Fondunun mənzillərində kirayə qalmaq üçün nəzərdə tutulan tələblər geniş deyil.
Ekspert bildirib ki, kirayə qalaraq sonda mənzilə sahib olmaq daha sərfəlidir. Çünki vətəndaş bankdan kredit götürmədiyinə, mənzil bankda girovda qalmadığına görə hansısa faiz dərəcələrinin ödənilməsi nəzərdə tutulmayıb. Vətəndaş sadəcə mənzilin dəyərinin 300 aya bölünərək alınan hissəsini ödəməklə mənzilə sahib olmuş olur. Aylıq kirayə haqlarının bazar qiymətindən aşağı olacağı proqnozlaşdırılır.
Nizamnamə təsdiqləndiyindən mənzillərin artıq bu ildən kirayəyə təklif ediləcəyi gözlənilir.
Oxunub: 832
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"