Monitorinq olacaq


11:19     28 Yanvar 2019 osce-monitoring.jpg


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

Femida.az

Açar sözlər: #MN   #Cəbhə  

Oxunub: 395