Daha bir kimsəsiz qoca sığınacağa yerləşdirildi


11:41     28 Yanvar 2019 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi.jpg


Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində maraqlı anlar yaşanıb. Femida.az xəbər verir ki, "Gəl, dərdini danış" verilişindən yardım istəyən Zivər Abasova 21 dekabrda sığınacağa yerləşdirilib.

Yaşlı qadın ilk olaraq sığındığı yerdən götürülüb yoxlanışdan keçirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə aparılıb. Daha sonra Nəsimi rayon polis idarəsində xanımın yaşayış yerinin olmadığını təsdiqləyəndən sonra müvafiq şəxsiyyət vəsiqəsi ilə sığınacaqa yollanıblar. Zivər Abasova ona uzanan ələ görə Space Tv rəhbərliyinə, teleaparıcı Amil Xəlilə o cümlədən Əmək və Əhalinin Sosial müdafizəsi nazirinə, sığınacağın rəhbərinə təşəkkürünü bildirib.

Sığınacağın rəhbəri Anar İbrahimovda teleaparıcı ilə əlaqə saxlayaraq xanımın artıq yaxşı olduğunu bildirib.

Həmin anları sizə təqdim edirik:



Femida.az

Açar sözlər: #qadın   #kimsəsiz   #video   #ƏƏSMN   #sosial  

Oxunub: 384