Paytaxtda avtomobil piyadanı vuraraq öldürüb


12:59     28 Yanvar 2019 piyada5.jpg

Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 302