“Qaçqınkom” sədrinin bahalı maşınına - Rəsmi reaksiya


15:01     28 Yanvar 2019 19_01_28_1548673401.jpg

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son günlər bəzi elektron kütləvi informasiya vasitələrində qurumun sədrinin xidməti avtomobili ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


"Qaçqınkom"dan Femida.az-a daxil olan məlumatda qeyd edilir ki, bununla ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər. Ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilmiş, Dövlət Komitəsinə yeni sədr təyin edilib.

Bu zaman xidməti avtomobilin baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 637