Pul oğurlamağa cəhd göstərən şəxs saxlanılıb


15:17     28 Yanvar 2019 hebs5.jpg

Taksofonlardan birinə müdaxilə edərək oradan pul oğurlamağa cəhd göstərən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, yanvarın 26-da metronun “28 May” stansiyasının yaxınlığındakı taksofonlardan birinə müdaxilə edərək oradan pul oğurlamağa cəhd göstərən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini R.Əhmədov olduğu müəyyən edilib.

Açar sözlər:

Oxunub: 312