İran daha bir sosial şəbəkəni blokladı
14:19 22 Oktyabr 2015
İran “Telegram”messencerinin trafikini tamamilə blok edib.Bu haqda xidmətin yaradıcısı Pavel Durov öz “Twitter” hesabatında yazıb.
Femida.az ICTnews-a istinadən xəbər verir ki, “İranın İnformasiya və Rabitə Nazirliyi onları casus və senzura alətləri ilə təmin etməyi “Telegram”dan (bizdən) tələb edib. Biz bu tələbə əhəmiyyət vermədikdə isə onlar bizi blokladılar” – Durov yazıb.
Durov bildirib ki, “Telegram” messencerinin komandası “p2p” protokolu üzərində işləyir. Mərkəzləşdirilmiş server olmadan "istifadəçidən istifadəçiyə" prinsipi üzrə pirinq şəbəkəsi belə blokları aradan qaldırmağa imkan verəcək.
Müxtəlif ölkələr kommunikasiyalara müdaxilə cəhdləri ilə tanınır. Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kemeron şifrləmə ilə bağlı belə demişdi:
"İnternetdə oxunulmayan ünsiyyəti qadağan etmək lazımdırmı?– “WhatsApp”, “iMessage2 və başqa xidmətləri nəzərdə tutan Kemeron cari ilin əvvəlində belə fikir səsləndirmişdi. "Bəli, lazımdır" - deyə cavab vermişdi.
Oxunub: 849
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib
- İran ABŞ-dan BMT-yə şikayət etdi
- İranda onlarla azərbaycanlı həbs edildi
- İran yenə silkələndi
- İranı silkələyən hadisə: Etirazlarda 15 min nəfər iştirak edib