Penitensiar xidmətin əməliyyat aparatı müxtəlif cinayətlərin üstünü açıb


18:31     28 Yanvar 2019 19_01_28_1548682280.jpg


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətdən Femida.az-a verilən məlumata görə, xidmətin, 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş Bərdə şəhər sakini Həsənov Şamxal Fəqani oğlu saxlanılaraq Nəsimi RPİ-nin əməkdaşlarına təhvil verilib.

Penitensiar Xidmətin, 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakininə qarşı quldurluq etmiş Lənkəran şəhər sakini Niftullayev Namiq Akif oğlu Binəqədi rayonu ərazisində saxlanılaraq Nizami rayon Polis idarəsinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 463