FHN-də kütləvi ixtisarların aparılması nəzərdə tutulmur
17:31 28 Yanvar 2019

Fövqəladə Hallar Nazirliyində struktur islahatları zamanı kütləvi ixtisarların aparılması nəzərdə tutulmur.
Bu barədə Femida.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir:
"Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmamışdır.
Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq".
Femida.az
Oxunub: 228
Oxşar xəbərlər
- FHN-də BMT nümayəndə heyəti ilə görüş keçirilib
- FHN-də iş var - DİQQƏT!
- FHN-dən “Diqlas”la bağlı son AÇIQLAMA
- FHN-də ixtisarlar aparılır? - Nazirlik məlumat yaydı
- FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO
- FHN-dən “Hilton”dakı yanğınla bağlı açıqlama
- FHN-dən Qəbələ məktəbindəki yanğınla bağlı - Açıqlama
- FHN-dən Tərtərdəki partlayışla bağlı - Açıqlama
- FHN-dən Yasamaldakı yanğınla bağlı açıqlama
- FHN-dən "20 Yanvar"dakı hadisə ilə bağlı AÇIQLAMA