Azərbaycanda 605 məhkum elektron qolbaq daşıyır


17:40     28 Yanvar 2019 2019/01/qolbaq_1548682772.jpg

Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidməti tərəfindən hesabat dövründə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb.


Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, 2018-ci ildə azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 605 şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə məhkumlardan isə qolbaqlar çıxarılıb.

Bundan başqa ölkə başçısının qeyd olunan Sərəncamında verilmiş tapşırığa əsasən ötən il ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, onun icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurularaq, ictimai işlərin həyata keçiriləcəyi iş yerlərinin siyahısı və müvafiq işlər üçün tələb olunan şəxslərin sayı müəyyən edilib, bununla bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyəti artırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 411