Reklam qurğularının quraşdırılması ilə bağlı YENİLİK


18:47     28 Yanvar 2019 19_01_28_1548682932.jpg


Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Məcəllənin hazırkı variantına görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə müvafiq icra hakimiyyəti orqanı icazə verir.

Yeni dəyişikliklərdə isə reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi təklif edilir.

Belə ki, reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadrat metrdən az olduqda tikintiyə icazə sənədinin alınmasına ehtiyac qalmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası "Reklam haqqında" qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 565