Ölən erməni hərbçinin qızından ETİRAZ: "Böyrəklərimin ikisi də işləmir"


17:54     28 Yanvar 2019 2019/01/p06mw721_1548683877.jpg


Qarabağ döyüşlərində ölən erməni hərbçi Derenik Danğyanın 28 yaşlı qızı Anna Danğyan kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Hazırda yeganə istəyi heç olmasa bir böyrəyinin dəyişdirilməsidir ki, ailənin buna maddi imkanı yoxdur.

Femida.az ordu.az-a istinadən xəbər verir ki, Anna Danğyan erməni mətbuatına verdiyi açıqlamada bildirb ki, o, Hrazdan şəhərindəndir, lakin illər öncə ailə quraraq Abovyan şəhərinə köçüb.

O qeyd edib ki, hazırda iki övladı və ailəsi ilə bərabər kirayədə yaşayır.

"6 il əvvəl xəstələndim, oğlanlarımdan biri 9 yaşında, digəri 7 yaşındadır. 3 il əvvəl son müayinədə məlum oldu ki, hər iki böyrəyim işləmir, xroniki böyrək çatışmazlığı var. Müalicəmin xaricdə təşkil edilməsi arzusundayam. Ermənistanda böyrək dəyişmə əməliyyatı 8 milyon drama başa gəlir. Xaricdə müalicə isə 70 min avroya başa gəlir. Yoldaşım tikintidə işləsə də ehtiyacları ödəyə bilmir. Müxtəlif dövlət orqanlarına müraciətlərim cavabsız qalıb", - deyə o şikayətlənib.

Qeyd edək ki, Anna Danğyanın atası Derenik Danğyan Qarabağda təxribatçı əməliyyatlarda iştirak edib. İlk öncə Hrazdan, daha sonra xüsusi dəstə tərkibində döyüş əməliyyatlarında iştirak edib. Məlumata görə, o, 1992-ci ildə Laçın keçidində məhv edilib.



Femida.az

Açar sözlər: #Paşinyan   #erməni   #hərbçi  

Oxunub: 764