“Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” - RƏSMİ AÇIQLAMA


19:12     28 Yanvar 2019 2019/01/1548685535_01_1548688437.jpg

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.



Femida.az -ın verdiyi xəbərə görə, Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.


Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumat yalandır:

"Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.

Açar sözlər:

Oxunub: 486