Kür çayının səviyyəsi 8 santimetr azalıb
19:50 28 Yanvar 2019
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 100 kubmetr olmaqla ongünlük normanın 64 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr təşkil etməklə ongünlük normanın 79 faizinə bərabərdir.
Yanvarın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 418, Şirvanda 299, Salyanda 257, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 135 santimetrə bərabərdir.
Oxunub: 364
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI