XİN: Azərbaycana qarşı kampaniyanın əsl məqsədi siyasi təzyiq göstərmək cəhdi olub
20:02 28 Yanvar 2019
Yanvarın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, “Erməni qartallar – vahid Ermənistan” Partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım keçirdiyi aclıq aksiyasından sonra ölüb. Bir müddət əvvəl Mehman Hüseynovun halında aclıq aksiyasını dayandırdığı halda, əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanın halında aclıq akasiyası nəticəsində ölüm halı ilə bağlı susurlar".
Femida.az -ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti "Ermənistanda həbs olunan siyasi partiyanın rəhbəri Mher Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra ölüb. Bir qədər öncə Azərbaycanda Mehman Hüseynovun aclıq aksiyası ilə əlaqədar əsassız şəkildə səs-küy qaldıran insan hüquqları carçıları indiki halda nədənsə biganə qalırlar. Bu barədə indiyədək nə müvafiq Avropa institutları, nə də digər beynəlxalq insan hüquqları müdafiəçiləri tərəfindən hər hansı bəyanatlar verilməyib, təcili dinləmələr keçirilməyib" sualını şərh edərkən bildirib.
"Ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri bir halda və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi bir halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi?
Bilirsiniz, bütün bunlar əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olmuşdur. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər əslində elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar", XİN-in mətbuat xidmətində bildirilib.
Oxunub: 365
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"