Xızıda top mərmisi tapılıb


20:58     28 Yanvar 2019 2019/01/7b7df592-87fd-4648-8823-1606ae55db51_1548691692.jpg

Xızı rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az a verilən məlumata görə, bu gün saat 13:55-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları yuxarıda adı qeyd olunan ərazidə "Giləzi Quşçuluq fabriki"nin yaxınlığına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 3,000 kv.m əraziyə yerüstü, 2.000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Açar sözlər:

Oxunub: 328