Kolumbiyada yeni silsilə zəlzələlər baş verib


09:26     29 Yanvar 2019 zelzele3.jpg

Kolumbiyanın Nevado-del-Uil vulkanı yaxınlığında yeni silsilə zəlzələlər baş verib.


Femida.az xəbər verir ki, 5,4 bal gücündə olan ilk zəlzələ "UTC" vaxtı ilə saat 21:07-də qeydə alınıb.

Daha sonra 21:28-də 4 bal gücündə, 22:02-də 4 bal gücündə, 22:09-da 3,4 bal gücündə, 22:33-də 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Qeyd edək ki, Nevado-del-Uil vulkanı yaxınlığında yanvarın 26-sı maqnitudası 5,4 bala qədər olan bir neçə zəlzələ baş vermişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 415