Naxçıvana 40-dan çox ölkədən pul köçürülüb


09:49     29 Yanvar 2019 valyuta_manat_0257.jpg

Ötən il təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının pasport məlumatlarına 6 milyon 879 min ABŞ dolları məbləğində pul köçürülüb.


Femida.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin məlumatında qeyd olunub. Bildirilib ki, köçürülən pullar banklar vasitəsilə ödənilib.

1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin ümumi məbləği 6 milyon 566 min manat təşkil edib, o cümlədən xarici valyuta ilə qoyulan əmanətlərin manat ekvivalenti ilə məbləği 1 milyon 238 min manat olub.

Femida.az

Açar sözlər:

Oxunub: 443