Nəticələr açıqlandı
10:38 29 Yanvar 2019
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 218 nəfər iştirak edib. Onlardan 134 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
Qeyd edək ki, eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla, ümumi orta təhsil səviyyəsi üzrə 12, tam orta təhsil səviyyəsi üzrə isə 11 fəndən imtahan veriblər. Rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənn üzrə (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.
Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına daxil olaraq məlumat əldə edə bilərlər.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI
- Nəticələr nə vaxt ləğv oluna bilər?
- Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
- Nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri - SİYAHI
- Nəticələr açıqlandı
- Nəticələr açıqlandı
- Nəticələr açıqlandı
- Nəticələr açıqlandı
- Nəticələr açıqlandı -Bir nəfər 90 bal toplayıb (SİYAHI)