İrandan psixotrop dərman gətirdi


10:45     29 Yanvar 2019 gomruk1.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.


Femida.az xəbər verir ki, şəxsi yoxlamadan əvvəl vətəndaş üzərində dərman preparatlarının olduğunu bildirib və gömrük əməkdaşlarına təqdim edib. Baxış zamanı üzərində "Alprazolam 1" yazısı olan hər birində 10 ədəd həb olmaqla 17 konvalyut dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 311