Sahil Babayev pensiyalardan danışdı — Ciddi artım olacaq


12:08     29 Yanvar 2019 19_01_29_1548749384.jpg

"Bu günə qədər 1300 nəfərin pensiya təyinatı tam elektronlaşdırılıb. Cari il iyul ayının 1-dək kişilər üçün pensiya yaşı 64, xanımlar üçün 61-dir. Pensiya yaşı tamam olan kimi vətəndaşa elektron məlumat göndərilir və nə qədər pensiya alacağı barədə məlumat verilir. Burada vətəndaşın müraciətinə ehtiyac qalmır. Qarşıdakı dövrdə sayın artacağını gözləyirik. Bu il pensiya yaşına çatan insanların 70 faizi məhz bu şəkildə pensiya alacaq".




Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, pensiyaların indeksasiyası ilə bağlı bəzi şəxslər mətbuatda düzgün informasiya vermədilərr:

"İndeksasiya orta aylıq əmək haqqının artımına uyğuna aparılır, inflyasiyaya uyğun aparılmır. Bizim ehtimalımız 5,7 faizdir. Dövlət Statistika Komitəsinin məlumatını gözləyirik. Bundan sonra müvafiq təklif hazırlayarıq. Fevral ayında vətəndaşlar həm yanvar, həm də fevral ayının artımını alacaqlar",
S,Babayevin sözlərinə görə, pensiya sistemində sosial ədalət prinsipinin gücləndirilməsinə dair araşdırmalar davam edir: "Təkliflər hazırlanır. Bunların sırasında minumum pensiyanın ehtiyac meyarına qədər qaldırılması məsələsi var. 100 minə yaxın vətəndaşın pensiyasında ciddi artım baş verəcək. Ölkə üzrə orta pensiyanın həcminin orta aylıq əmək haqqının 60-70-80 faizə yaxınlaşdırılmasına dair uzunmüddətli proqramlar hazırlanır".

Açar sözlər:

Oxunub: 715