Bakıda film kimi cinayət: Ərlə arvad yoldan tapdıqları şəxsiyyət vəsiqəsi ilə nələr etdilər
14:12 29 Yanvar 2019
Femida.az xəbər verir ki, ARB TV-nin “Rezonans” proqramında budəfə məhbus ər və arvadın həyatından bəhs edilib.
Natiq İsmayılov – Məhkum (Cəzası: 9 il): “Tutulmağıma səbəb narkotikə pul çatırmamaqdır. Gedib soyğunçuluq etdim. Hadisə şəhərin müəyyən yerlərində olub. Şəxsiyyət vəsiqəsi var idi. Yerdən tapmışdıq. Yoldaşıma oxşayırdı. Həyat yoldaşımı aparmışdım telefon satmağa. Orada tutdular bizi. Özüm tərbiyəli ailədə böyümüşəm. Anam 30 il müəllim işləyib. Valideynlərim rəhmətə gedəndən sonra narkotikə başlamışam. Üzümü yoldaşıma tutub deyirəm ki, danış. Heç kimdən qorxma. 13 ildir ki, bir yerdəyik. Ömür boyu ağlıma gəlməz ki, o məni atar. Olsa belə onu unuda bilmərəm. Gedib cinayət edəndən sonra dedim ki, gedək sataq. Dedi ki, mənim vəsiqəm deyil, necə sataq? Məcbur onu aparanda bizi tutdular. 5 ildir ki, qardaşımdan başqa heç kim yanıma gəlməyib”.
Elmira İsmayılova – Məhkum (Cəzası: 7 il): “Ailədə 9 uşaq olmuşuq. 1 doğma qardaşım var. 12 ildir ki, görmürəm. Anam rəhmətə gedəndən sonra nənəmgildə qaldım. Bir müddət də Dağıstanda xalamgildə qaldım. Bakıya qayıdanda Natiqlə tanış oldum. Hər gün onu fikirləşirəm. Sevgim ona qarşı necə var idisə, indi də elədir. Zəng gəldi ki, telefonu satmaq lazımdır. Şəxsiyyət vəsiqəsindəki qadına da oxşayırdım. Məcbur olub getdim satmağa. Həmin gün də tutulduq. Qınayıram, amma nə dəyişəcək ki? Onlar da mənim kimi 4 divar içindədilər. Elədiyim işə görə çox peşmanam”.
Femida.az
Oxunub: 1930
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası