Tehranda it gəzdirmək qadağan edilib


14:54     29 Yanvar 2019 19_01_29_1548759292.jpg

Tehranda Tehranda it gəzdirmək qadağan edilib.


Bu barədə Tehran şəhərinin polis rəisi Hüseyn Rəhimi bildirib.

O, deyib ki, ictimaiyyətə açıq yerlərdə it gəzdirmək qadağandır. Qanuna uymayaraq ictimai yerlərdə it gəzdirən şəxslərə cəza tətbiq ediləcəyini deyən polis rəisi əlavə edib ki, açıq parklarda it gəzdirmək insanlarda qorxu yaradır.

Polis rəisi avtomobillərdə də it daşınmasının qadağan olduğunu deyib və əlavə edib ki, polis bu hallarla rastlaşsa, sərt tədbirlər görəcək.

Açar sözlər:

Oxunub: 518