SOCAR neft və qaz hasilatını artırıb


15:32     29 Yanvar 2019 neft%20fondu%201.7%20dollar%20femida.az.jpg

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat 7,54 mln. ton neft, 6,53 mlrd. kubmetr qaz təşkil edib.



Femida.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Neft hasilatı əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə 1,6%, qaz hasilatı 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 mln. ton neft və 30,49 mlrd. kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6% artıb.

SOCAR-ın I vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib ki, kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik: “Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 351