BMT-nin xüsusi məruzəçisi konsulluğa buraxılmadı - Qaşıqçı cinayəti ilə bağlı yeni qalmaqal


16:20     29 Yanvar 2019 2019/01/son-dakika-bm-ozel-raportoru-suudi-11688845_4441_m_1548763724.jpg

Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğunda qətlə yetirilən ərəb jurnalist Camal Kaşıkçı cinayəti üzrə araşdırmalar davam edir.



Femida.az xəbər verir ki, Kaşıkçı cinayəti ilə bağlı BMT-nin xüsusi məruzəçisi Agnes Kallamard Türkiyəyə gəlib. O, cinayətin baş verdiyi ehtimal olunan Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğuna daxil olmaq istəsə də,qapıdan içəri buraxılmayıb.Bu qərarı Səudiyyə Ərəbistanı tərəfi verib.BMT nümayəndəsi bir neçə saat konsulluğun qapısı arxasında gözlədikdən sonra ərazini tərk edib. Türkiyə mətbuatı bu məsələni böyük hörmətsizlik və özbaşnalıq kimi təqdim edib. Həmin kadrları təqdim edirik:




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 696