Bakıda 290 metr rabitə kabeli oğurlanıb


16:47     29 Yanvar 2019 19_01_29_1548766105.jpg

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 28-də Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.

​Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 331