7 nəfərin cinayət işi məhkəməyə göndərilib


18:30     29 Yanvar 2019 1398947325_mehkeme.jpg

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 7 nəfərin məhkəməsi başlayır.



"Report" xəbər verir ki, bir neçə maddə ilə ittiham edilən Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Cümüşüdov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim Elmin Rüstəmovun icraatına verilib.

Cinayət işində 17 zərərçəkmiş var.

Məhkəmənin başlayacağı vaxt hələ məlum deyil.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.

Açar sözlər:

Oxunub: 372