Bəzi xidmətlərə görə rüsumlar artırılır
21:33 29 Yanvar 2019
Azərbaycanda bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən edilir, bəzi rüsumların isə məbləğləri artırılır.
Femida.az -ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Yeni müəyyən edilən dövlət rüsumları ixtira və patenlə bağlıdır.
Təklif edilən dəyişikliklərə əsasən, patentin dublikatının və hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün 10 manat, verilmiş patentlərə dəyişiklik edilməsi üçün 7 manat, ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçüb 10-25 manat, reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişiklik edilməsi üçün 25 manat, patent müvəkkillərinə şəhadətnamə verilməsi üçüb 10 manat müəyyən edilib.
Yeni layihədə ixtira və patentlə bağlı mövcud rüsümların artırılması da təklif edilir.
Oxunub: 370
Oxşar xəbərlər
- Bəzi xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq
- Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər
- Bəzi yerlərdə yollar buz bağlayacaq
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb
- Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edilib
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Bəzi energetik içki istehsal edən şirkətlər cəzalandırılıb
- Bəzi çimərliklərdə dəniz suyu çirklidir
- Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
- Bəzi küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır